"Beşiktaş"ın sabiq baş məşqçisi Önder Karaveli "Neftçi"dən təklif alıb.

 Bu barədə türkiyəli jurnalist Levent Ümit Erol tviter hesabında bildirib.  Bildirilir ki, tərəflər artıq ilkin şərtləri müzakirə ediblər. Karvaleliyə 2+1 illik müqavilə təklif olunub. Qeyd edək ki, Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ"ın akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub. O, Sərgən Yalçının köməkçisi işləyərək onun gedişindən sonra bir müddət komandaya rəhbərlik edib.